Lyrics Hamisi Bizdendir

 Rahat buraxın, əl çəkin, gedin başımdan!
Bəsdir! Başlamayın mənasız sarsaqlamaqdan!
Dinlə musiqini, gəl dəyiş sən tərzini!
Qulağın səs alsın, oyat hissləri!
Qulağın səs alsın, oyat hissləri!

Dinləyici, dost ya da ki fanat!
Oralarda qalma, burada ol rahat!
Keçmişi unut, stressini at!


Şair deyilik, yazırıq bir neçə sətir.
Sözlər sərbəstdir, hamısı içdən gələndir.
Bəlkə xoşuna gəlmir görünüş ya da tərzimiz
Qapı arxadadır, hamınız xoş getdiniz!
Qapı arxadadır, hamınız ...

Dinləyici, dost ya da ki fanat!
Oralarda qalma, burada ol rahat!
Keçmişi unut, stressini at!